"Rusiya cəmiyyəti dayanmaq istəyir, amma Putin yox" - Zelenski
Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəni başa çatdırmaq niyyətində olduğuna dair heç bir əlamət göstərmir, lakin diplomatik cəbhədə sülh prosesində mühüm irəliləyişlər mümkün ola bilər.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bəyanat yayıb.
Dövlət başçısı qeyd edib ki, Putində müharibəni davam etdirmək deyil, onu başa çatdırmaq üçün müvafiq əhval-ruhiyyə yaratmaq lazımdır:
“Hazırda, təəssüf ki, həm bizim, həm də tərəfdaşlarımızın bütün kəşfiyyat məlumatları, Rusiyadan gələn bütün siqnallar göstərir ki, şəxsən Rusiya lideri hələ də müharibə istəyir”.
Prezident qeyd edib ki, Rusiya cəmiyyətinin mütləq əksəriyyəti artıq təmas xətti boyunca müharibənin dayandırılmasına razılaşmaq istəyir. Lakin Putin Ukraynaya qarşı hərbi əməliyyatların davam etdirilməsinin tərəfdarıdır.
“ABŞ Prezidentinin nümayəndələrinin nəyə nail ola biləcəyini görəcəyik. Sentyabr çox şeyi dəyişə bilər və biz tərəfdaşlarımızla birlikdə insanları, həyatı və sülhü qorumaq üçün hər şeyi etməliyik”, - deyə Zelenski əlavə edib.
Aysel Mətləb