Rusiya Aİ sanksiyalarına cavab verdi: Siyahı genişləndirildi

Dünya

22.07.2025 12:16

Rusiya Federasiyası Avropa İttifaqının (Aİ) atdığı addımlara cavab olaraq Avroittifaq institutlarının və Aİ üzv dövlətlərinin bir sıra nümayəndələrinin ölkəyə girişinə qadağa qoyduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin bəyanatında qeyd olunub ki, Aİ-nin Rusiya əleyhinə hərəkətləri ölkənin siyasətinə heç bir təsir göstərə bilməz.

“Rusiya bundan sonra da milli maraqlarını müdafiə etmək və yeni, ədalətli dünya nizamının qurulmasına yönəlmiş siyasətini davam etdirəcək”, - deyə bəyanatda bildirilib.

XİN-in açıqlamasına əsasən, Avropa İttifaqının növbəti sanksiyalarına da “vaxtında və adekvat cavab veriləcək”.

Eyni zamanda, Rusiyanın yeni sanksiya siyahısına Kiyevə hərbi yardım göstərən Avropa İttifaqı vətəndaşları da daxil edilib.

Töhfə Səməd

tag: Rusiya ,Avropa İttifaqı,Sanskiya,XİN,Todaypress.tv,