Rusiya ABŞ-dən yeni təkliflər gözləyir
Dünya
19.06.2025 09:42
Moskva Rusiya-Amerika münasibətlərindəki mübahisəli məsələlərin müzakirəsi üçün Vaşinqtondan yeni təkliflər gözləyir.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “RİA”ya Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində verdiyi müsahibədə bildirib.
Zaxarovanın sözlərinə görə, tərəflər arasında “qıcıq doğuran məsələlər” üzrə xüsusi məsləhətləşmə mexanizmi fəaliyyət göstərir. Artıq iki raund danışıqlar baş tutub, üçüncü görüş isə əvvəlcədən razılaşdırılmış tarixlərə ABŞ tərəfindən qatılmamaqla təxirə salınıb. Hazırda bu istiqamətdə təmaslar davam edir və Moskva ABŞ-dən yeni görüş tarixlərini təqdim etməsini gözləyir.
Diplomat həmçinin qeyd edib ki, ikitərəfli əlaqələr digər kanallar vasitəsilə də davam etdirilir.
Qiymət Mahir
tag: Rusiya ,ABŞ,Mariya Zaxarova,Amerika ,Todaypress.tv,