Qalileya dənizi qırmızıya boyandı
Dünya
08.08.2025 19:00
İsraildə yerləşən Qalileya dənizinin suları gözlənilmədən qırmızı rəngə çevrilib və bu, yerli sakinlər arasında narahatlıq yaradıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Bildirilib ki, hadisə sosial mediada geniş müzakirələrə səbəb olub. Bir çoxları dənizin qırmızı rəngini Nil çayının sularının qana çevrildiyi "Misirin on bəlası” ilə əlaqələndiriblər.
Lakin elmi ictimaiyyət və İsrailin Ətraf Mühit Nazirliyi narahatlığa əsas olmadığını bildirib. Nazirlik qeyd edib ki, suyun qırmızı rəngə boyanması yaşıl yosunların kütləvi şəkildə çiçəklənməsi nəticəsində yaranır. Bu yosunlar güclü günəş işığı və yüksək temperatur şəraitində suya qırmızı piqment verir. Bu piqment tamamilə təbiidir və insan sağlamlığı üçün heç bir təhlükə yaratmır.
Hadisə ilə bağlı sakinlərə sakit qalmaq və elmi açıqlamalara inanmaq tövsiyə olunub.
Aysel Mətləb
tag: Qalileya,Dəniz,Qırmızı,Rəng,Todaypress.tv,