Rumıniyada prezident seçkilərinin ikinci turu keçiriləcək
Mayın 18-də, Rumıniyada keçiriləcək prezident seçkilərinin ikinci turunda ölkəyə rəhbərlik edəcək şəxs məlum olacaq.
TodayPress TV xəbər verir ki, Birinci turda ən çox səs toplamış iki namizəd – sağçı “Rumınların Birləşməsi Alyansı”nın (AUR) lideri Corce Simion və Buxarestin hazırkı meri, müstəqil namizəd Nikuşor Dan seçicilərin son qərarını gözləyirlər.
Birinci turda Corce Simion 40,96 faiz səs toplayaraq ilk pillədə qərarlaşıb. Onu 20,99 faiz səslə Nikuşor Dan izləyib.
Lakin seçkinin taleyi ikinci turda digər namizədlərin tərəfdarlarının hansı mövqedən çıxış etməsindən asılı olacaq.
“AtlasIntel” təşkilatının mayın 16-da açıqladığı son rəy sorğusuna əsasən, Nikuşor Dan hazırda 48,7 faizlə cüzi üstünlük əldə edib.
Corce Simionun göstəricisi isə 47,8 faizdir. Bu rəqəmlər seçkinin son dərəcə gərgin keçəcəyini göstərir.
tag: Ruminiya,Seçki,Tur,Mübarizə,Todaypress.tv,