Aİ ABŞ-dən daha bir zərbə aldı

Dünya

07.08.2025 11:48

Almaniyada sənaye istehsalı son bir ilin ən kəskin azalmasını yaşayıb və bu, ABŞ ilə ticarət şərtlərinin sərtləşməsi fonunda Avropa İttifaqının (Aİ) ən böyük iqtisadiyyatına daha bir zərbə vurub. 

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. 

Bildirilib ki, iyunda istehsalın həcmi may ayı ilə müqayisədə təxminən 2% azalıb.  

Buna səbəb maşın, avadanlıq, əczaçılıq və qida məhsulları istehsalı seqmentindəki vəziyyət olub.  

İyun ayında Almaniyada sənaye sifarişlərinin gözlənilməz azalmasına əsas səbəb avrozonadan kənarda zəif tələbat olub. Hazırda iqtisadiyyatda bərpa əlamətləri müşahidə olunmur.

Bəzi ekspertlər hesab edir ki, Amerika tarifləri səbəbindən Almaniya hər il 31 milyard avroya qədər itirəcək. Ortamüddətli perspektivdə Almaniyadan ABŞ-yə mal ixracı 20% azalacaq. Alman maşınqayırması isə təxminən 7,2 milyard avro zərər görəcək. 

Aysel Mətləb

tag: Almaniya,Aİ,ABŞ,Tarif,Todaypress.tv,