Reuters: Ər-Riyad 73 illik spirt qadağasının ləğvini rədd edir

Dünya

26.05.2025 18:53

5

Səudiyyə Ərəbistanı rəsmisi krallığın 73 illik spirt qadağasını ləğv edəcəyi ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Belə ki, mediada krallığın 2034-cü il dünya çempionatına ev sahibliyi ilə bağlı hazırlıqla əlaqədar alkoqolun nəzarətli satışına icazə verəcəyi barədə məlumat yayılıb. İddialara görə, yeni qaydalar krallıq üzrə 600-ə yaxın təyin olunmuş yerdə spirt satışına nəzarət etməyə imkan verəcək.

Səudiyyə Ərəbistanının Böyük Britaniyadakı səfiri Xalid bin Bəndər Əl Səud isə bildirib ki, ölkə Dünya Kubokunda spirtli içki satışı ilə bağlı qanunları dəyişmək niyyətində deyil.

“Hazırda spirtli içkilərə icazə vermirik, amma bilirsiniz, onsuz da əylənə bilərsiniz", - deyə o əlavə edib.

Töhfə Səməd

tag: Səudiyyə Ərəbistanı,Spirt,Qadağa,Dünya çempionatı,todaypress.tv,