Almaniyanın ticarət balansı pisləşdi

Dünya

21.09.2025 23:39

"Almaniyanın müsbət xarici ticarət balansı geosiyasi dəyişikliklər və ABŞ ilə Çinin aqressiv addımları fonunda azalır".

TodayPress TV xəbər verir ki, bu barədə Hans Bekler Fondunun Makroiqtisadiyyat və İqtisadi Dövrlərin Tədqiqatları İnstitutunun (IMK) elmi direktoru Sebastyan Dullien "stem.de" saytına açıqlamasında bildirib.

Almaniya Federal Statistika İdarəsinin məlumatına əsasən, yanvar–iyul aylarında ölkənin xarici ticarət balansı 21,2 faiz pisləşib. Əsas səbəb ABŞ və Çinə ixracın azalması, həmçinin bu ölkələrdən idxalın artmasıdır.

Dullien vurğulayıb ki, göstəricilər Almaniya iqtisadiyyatının hazırkı geo­iqtisadi dəyişikliklərdən nə qədər ciddi təsirləndiyini göstərir.

“Bu proseslərin arxasında ABŞ və Çinin sənaye və ticarət siyasətindəki aqressiv hərəkətləri dayanır”, - deyə o bildirib.

Ekspert qeyd edib ki, ABŞ strateji olaraq gömrük rüsumlarına üstünlük verir, Çin isə uzun illərdir əsas iqtisadi sektorlarında dominant mövqeyə nail olmağa çalışır.

Qiymət Mahir

TodayPress TV

tag: Almaniya,ABŞ,Çin,Ticarət,Todaypress.tv,