Ramafoza “Zelenski ssenarisi” ilə üzləşə bilər

Dünya

18.05.2025 22:00

6

Cənubi Afrika Prezidenti Siril Ramafozanın müşavirləri onun Vaşinqton səfəri zamanı ABŞ prezidenti Donald Tramp tərəfindən alçaldıla biləcəyindən ehtiyat edirlər. 

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadla yazıb.

Məlumata görə, müşavirlər Ukrayna prezidenti Volodimir Zelenskinin Tramp tərəfindən keçmiş görüşdə sərt şəkildə tənqid edildiyi kimi, Ramafozanın da Oval kabinetdə oxşar münasibətlə üzləşəcəyindən narahatdırlar. Hətta bəzi müşavirlər səfərin ləğvini də təklif ediblər.

Agentlik yazır ki, Ramafoza Trampa dostyana ticarət şərtləri təklif edəcəyinə və münasibətləri yumşaldacağına əmin deyil. Xüsusilə, Cənubi Afrikada keçiriləcək G20 sammitindən öncə bu səfərin riskli olduğu vurğulanır. Məlumata görə, Tramp sammitdə iştirak etməməyi planlaşdırır.

Qiymət Mahir

tag: Cənubi Afrika ,Siril Ramafoza,Ukrayna ,ABŞ ,Donald Tramp,Volodimir Zelenski,todaypress.tv,