Tramp Maskın istefasını təsdiqlədi
Dünya
30.05.2025 09:29
Milyarder İlon Mask mayın 30-da ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsindəki fəaliyyətini başa çatdırır.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Society" sosial şəbəkəsində məlumat verib.
Tramp bildirib ki, Maskla Ağ Evdə mətbuat konfransı keçiriləcək. Bu, Maskın DOGE rəhbəri kimi son günü olacaq.
ABŞ-nin ticarət naziri Hovard Lutnik isə deyib ki, Mask Trampın administrasiyasından ayrılsa da, prezidentin yaxın çevrəsində qalacaq. O, Maskın Trampa çox yaxın olduğunu vurğulayıb.
Mask vəzifədən getmək qərarını Ağ Evdə büdcə məsələləri ilə bağlı fikir ayrılıqları səbəbindən verib. O, Trampa "boş xərcləmələrin azaldılması imkanı" üçün təşəkkür edib və DOGE-nin fəaliyyətinin davam edəcəyini bildirib.
İndi Mask diqqətini biznesinə yönəltmək istəyir.
Türkan İsgəndərli
tag: İlon Mask,ABŞ,Qanun ,DOGE,todaypress.tv,