Qutsul maliyyə pozuntusu ittihamlarını rədd edir

Dünya

03.06.2025 17:14

Qaqauziya Muxtar Ərazisinin rəhbəri Yevgeniya Qutsul barəsində irəli sürülən maliyyə pozuntusu ittihamlarının heç bir ekspert rəyinə əsaslanmadığını bildirib.

TodayPress TV “TASS”a istinadən xəbər verir ki, bu barədə o, məhkəmə iclasından sonra jurnalistlərə açıqlama verib. 

“Bizim iş üzrə heç bir maliyyə ekspertizası aparılmayıb. Prokuror eyni zamanda iqtisadçı, mühasib və istintaqçı ola bilməz. Qiymətləndirməni mütəxəssislər verməlidir”, – deyə o vurğulayıb.

Qutsul cinayət işində təqdim olunan materialların müstəqil ekspertlər tərəfindən təhlil olunmasını tələb edir və bildirib ki, mövcud ittihamlar peşəkar rəy olmadan irəli sürülüb.

Xatırladaq ki, Yevgeniya Qutsul dövlət büdcəsi vəsaitlərinin təyinatdan kənar istifadəsində şübhəli bilinir. Lakin o, bu işin siyasi motivli olduğunu iddia edir.

Qiymət Mahir

tag: Qaqauziya ,Yevgeniya Qutsul ,İddia,Maliyyə,todaypress.tv,