Tramp: "Bəzi sahələrdə Çinlə ticarəti dayandıra bilərik"
Dünya
15.10.2025 09:27
ABŞ bəzi sahələrdə Çinlə ticarəti dayandıra bilər.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında bildirib.
“Mən hesab edirəm ki, Çin bilərəkdən bizim soyamızı almır və bu da soya istehsal edən fermerlərimiz üçün çətinliklər yaradır. Bu, düşməncəsinə iqtisadi addımdır”, – Tramp vurğulayıb.
Prezident əlavə edib ki, buna cavab olaraq ABŞ bitki yağı istehsalı və digər ticarət sahələrində Çinlə əməkdaşlığı dayandırmaq imkanını nəzərdən keçirir:
“Biz bitki yağını rahatlıqla özümüz istehsal edə bilərik, onu Çindən almağa ehtiyac yoxdur”.
KİV-in məlumatına görə, Trampın bu bəyanatından dərhal sonra ABŞ fond bazarı cəmi 7 dəqiqə ərzində 450 milyard dollar dəyər itirib.
Jalə Rövşən
tag: ABŞ Prezidenti Donald Tramp,Çin,Ticarət,ABŞ fond bazarı,Todaypress.tv,
