Quterreş Alyaska sammiti öncəsi bəyanat verdi
Dünya
15.08.2025 10:05
BMT-nin Baş katibi Antonio Quterreş, ABŞ və Rusiya arasında yüksək səviyyəli dialoqu alqışlayıb və Ukraynada dərhal atəşkəsə çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə onun sözçüsü Stefan Düjarrik məlumat verib.
Bildirilib ki, Quterreş Alyaskada keçiriləcək görüşün 75% müsbət, 25% isə uğursuz ola biləcəyini deyib.
“Biz mərc etmirik, amma Təhlükəsizlik Şurasının bu iki daimi üzvü arasında ən yüksək səviyyədə dialoqu alqışlayırıq. Biz, BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və müvafiq qətnamələrə uyğun olaraq, Ukraynanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində ədalətli, davamlı və hərtərəfli sülhün bərqərar edilməsi istiqamətində ilk addım olaraq dərhal, tam və qeyd-şərtsiz atəşkəs istəyirik”, - deyə Düjarrik bildirib.
Xatırladaq ki, avqustun 15-də Alyaskada ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında görüş keçiriləcək. Danışıqların əsas mövzusu Ukraynadakı müharibə və onun yekunlaşdırılması olacaq.
Aysel Mətləb
tag: BMT,Alyaska,ABŞ,Rusiya,Todaypress.tv,