Qırğızıstanda “Disneyland”ın analoqu inşa olunacaq
Dünya
06.08.2025 18:45
Qırğızıstanın Çuy rayonunda beynəlxalq səviyyəli əyləncə parkı – “Disneyland” analoqunun inşası planlaşdırılır. Layihə üçün artıq 50 hektarlıq torpaq sahəsi ayrılıb.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Turizmin İnkişafını Dəstəkləmə Fondu məlumat yayıb.
Bildirilir ki, Fond və Çuy rayon administrasiyası bu məqsədlə ABŞ-nin tanınmış "IdeAttack, Inc." şirkəti ilə memorandum imzalayıb. Həmin şirkət daha əvvəl ABŞ, BƏƏ, Çin və Cənubi Koreyada məşhur əyləncə parklarının yaradıcılarından biri olub.
Məlumata görə, parkda Orta Asiya memarlığı, “Manas” dastanı motivləri əsasında attraksionlar, Böyük İpək Yoluna həsr olunmuş tematik zonalar yaradılacaq. Ziyarətçilər üçün musiqi və teatr şouları, milli yeməklər, çadır (yurta) hazırlığı və at sürmə üzrə ustad dərsləri də təşkil ediləcək.
Fondun açıqlamasında qeyd olunub ki, bu layihə Qırğızıstanı qlobal turizm üçün cəlbedici məkanlardan birinə çevirə bilər.
Qiymət Mahir
tag: Qırğızıstan,Çuy ,"Disneyland”,“Manas” dastanı,Todaypress.tv,