Fransa siyasətçisi: “Zelenski münaqişənin bitməsini istəmir”

Dünya

02.06.2025 10:55

"Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı aerodromlara endirdiyi hücumlar prezident Volodimir Zelenskinin silahlı qarşıdurmanı dayandırmaq niyyətində olmadığını göstərir".

TodayPress TV xəbər verir ki, bu barədə Fransanın “Vətənpərvərlər” (“Les Patriotes”) partiyasının lideri Floryan Filippo sosial şəbəkə “X” hesabında paylaşım edib.

“Zelenski az öncə göstərdi ki, o, sülhdən israrlı şəkildə imtina edir”, – deyə siyasətçi yazıb.

Filipponun fikrincə, hücum Avropa tərəfdaşlarının dəstəyi ilə həyata keçirilib. O hesab edir ki, müharibənin davam etməsində təkcə Kiyev deyil, həm də Avropa elitaları maraqlıdır. Çünki münaqişə başa çatarsa, Zelenski hakimiyyətdən gedə, Avropa rəhbərliyi isə gəlir mənbəyindən məhrum ola bilər.

Qiymət Mahir

tag: Ukrayna,Rusiya,Zelenski,Fransa,todaypress.tv,