Qəzzada hava hücumu nəticəsində 11 fələstinli həlak oldu

Dünya

18.10.2025 09:30

HƏMAS İsrail ordusunun Qəzzada bir avtomobili hədəf alması ilə bağlı bəyanat yayıb. Bildirilib ki, hücum nəticəsində 7-si uşaq, 3-ü qadın olmaqla 11 fələstinli həyatını itirib.

TodayPress TV "Haber Global"a istinadən xəbər verir ki, Qəzza Mülki Müdafiə Müdirliyinin məlumatına görə, hadisə Zeytun məhəlləsində baş verib. Mülki avtomobilin hər hansı xəbərdarlıq edilmədən tank mərmisi ilə vurulduğu bildirilir.

HƏMAS bəyanatında İsrailin atəşkəs razılaşmasını pozduğunu və mülki insanları hədəfə aldığını iddia edib. Təşkilat beynəlxalq ictimaiyyəti və vasitəçilik edən ölkələri, o cümlədən ABŞ Prezidenti Donald Trampı, İsrailin hücumlarını dayandırmağa çağırıb.

İsrail tərəfi hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

Jalə Rövşən 

TodayPress TV

tag: HƏMAS,İsrail,Qəzza,Qəzza Mülki Müdafiə Müdirliyi,Todaypress.tv,