Medinski: “Kiyev də XVII əsr İsveç kimi sərfəli sülh şərtlərini qəbul etmir”
Dünya
22.06.2025 01:30
Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski bəyan edib ki, Ukrayna rəhbərliyi Rusiya tərəfindən təklif olunan sərfəli sülh şərtlərini qəbul etmir.
TodayPress TV xəbər verir ki, bu barədə o, “Solovyov Live” telekanalının efirində danışıb.
Siyasətçinin sözlərinə görə, Ukraynada mövcud vəziyyət XVII əsrdə baş vermiş Şimal müharibəsi ilə müqayisə oluna bilər. Həmin dövrdə İsveç tərəfi Rusiya tərəfindən təklif olunan əlverişli sülh şərtlərini qəbul etməkdən imtina etmişdi.
Medinski qeyd edib ki, I Pyotr sadəcə Baltik dənizinə çıxış əldə etmək üçün sülh istəyirdi, lakin isveçlilər dəfələrlə bu təklifləri rədd etdilər. Nəticədə Rusiya hökmdarının hər dəfə irəli sürdüyü şərtlər daha da sərtləşdi və müharibə yalnız 21 ildən sonra — Niştadt sülh müqaviləsinin imzalanması ilə başa çatdı.
“İndi də oxşar vəziyyət yaşanır. Ukrayna sərfəli imkanları vaxtında dəyərləndirmir”, - deyə Medinski əlavə edib.
Töhfə Səməd
tag: Rusiya,Vladimir Medinski,Ukrayna,İsveç,todaypress.tv,