BMT-nin dəstəklədiyi İqlim Bankçılığı Alyansı fəaliyyətini dayandırdı

Dünya

03.10.2025 16:23

2021-ci ildə bankların karbon izini azaltmaq və 2050-ci ilə qədər xalis sıfır hədəfinə çatmağa kömək etmək üçün qurulmuş Net-Zero Banking Alliance (NZBA) fəaliyyətini dayandırıb.

TodayPress TV "France 24"ə istinadən xəbər verir ki, qrupun təxminən 150 üzvü olsa da, Donald Trampın ABŞ prezidenti seçilməsindən və neft-qaz siyasətini gücləndirməsindən sonra böyük banklar ittifaqdan çıxıb.

JPMorgan Chase, Goldman Sachs, Bank of America kimi ABŞ banklarından sonra Kanada, Yaponiya və Böyük Britaniyanın Barclays bankı da ayrılıb.

Avqustda üzvlərin səsverməsi nəticəsində NZBA fəaliyyətini tamamilə dayandırmaq qərarı verib. Banklara isə gələcəkdə iqlim hədəflərini müəyyənləşdirmək üçün “Banklar üçün İqlim Hədəfi Rəhbəri”ndən istifadə etmək tövsiyə olunub.

Məsuliyyətli investisiya tərəfdarları, xüsusilə London mərkəzli "ShareAction", bu qərarı “acı və məyusedici” adlandıraraq bankları hesabatlılıqdan yayınmaqda günahlandırdı.

Jalə Rövşən

TodayPress TV

tag: BMT,Net-Zero Banking Alliance (NZBA),Donald Tramp,