Qazaxıstanın ən böyük neft zavodundakı yanğınla bağlı cinayət işi açıldı
Qazaxıstanın ən böyük neft emalı zavodlarından biri olan Atırau Neft Emalı Zavodunda avqustun 25-də baş vermiş yanğınla bağlı cinayət işi açılıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Kazinform” regional Fövqəladə Hallar Departamentinə istinadən məlumat yayıb.
Xüsusilə, yanğın təhlükəsizliyi tələblərinin pozulması faktı ilə bağlı məhkəməyədək araşdırma aparılır. İşin digər təfərrüatları açıqlanmır.
Xatırladaq ki, Atırau Neft Emalı Zavodunda yanğın avqustun 25-də baş verib. Atırauda yerləşən zavoda sahib olan “KazMunayQaz” milli şirkətinin mətbuat xidmətindən bildirilib ki, müəssisənin təmizləyici qurğularında neft şlamı (istehsalat tullantıları) yanıb.
Qeyd edək ki, müəssisə respublikanın üç ən böyük neft emalı zavodundan biridir.
Aysel Mətləb