Qaqauziya hakimiyyəti fövqəladə iclas keçirəcək
Qaqauziya Muxtar Vilayətinin Xalq Məclisi 6 avqust tarixində fövqəladə iclas keçirəcək. İclasda vilayət rəhbəri Yevgeniya Qutsulun məhkəmə hökmü ilə bağlı yaranmış ictimai-siyasi vəziyyət müzakirə olunacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Qaqauziya qanunverici orqanının mətbuat xidməti məlumat yayıb.
"Gündəliyə Qaqauziya prezidentinin qanunsuz məhkum olunması ilə əlaqədar bölgədəki ictimai-siyasi vəziyyətin müzakirəsi daxil edilib", - deyə bildirilib.
Qeyd edək ki, Yevgeniya Qutsul Moldova məhkəməsinin qərarı ilə mühakimə olunub və bu, Qaqauziyada narazılıqlara səbəb olub.
Töhfə Səməd