Putindən Paşinyana: “Aİ üzvlüyünü xalqa soruşun, mövzunu bağlayaq”

Putindən Paşinyana: “Aİ üzvlüyünü xalqa soruşun, mövzunu bağlayaq”
01.09.2026 21:41 Dünya

Ermənistan hakimiyyəti xalqına Avropa İttifaqına (Aİ) üzvlük məsələsi ilə bağlı seçim etmək imkanı verməli və bu mövzunu bağlamalıdır.

TodayPress TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə deyib.

Rusiya lideri vurğulayıb ki, xalqın həmişə seçimi olmalıdır:

“Belə isə bunu edin və mövzunu bağlayaq, vəssalam. Ən sadə yol insanlara müraciət etmək, soruşmaqdır: “Siz nə istəyirsiniz? Belə, yoxsa belə?” Vəssalam”, - deyə Putin bildirib.

O, görüşdə bu mövzunu daha ətraflı müzakirə etməyi təklif edib:

“Gəlin, indi bütün bunları sakitcə müzakirə edək.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Ermənistanın Aİ və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməlii oluğuna diqqət çəkib:

“Biz hələ də təkid edirik ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əməkdaşlıqdan böyük faydalar əldə edərkən eyni zamanda Avropa İttifaqına üzvlüyə can ata bilməz“.

Aysel Mətləb

XƏBƏR LENTİ
01 SENTYABR 2026
Bütün Xəbərlər