Putin Çin şirkətinə vacib izazə verdi
Dünya
17.10.2025 16:41
Rusiya Prezidenti Vladimir Putin Çinin Sinopec Soihl Hong Kong Holding şirkətinə PJSC Sibur Holding-in 217,8 milyon səhmini almağa icazə verib.
TodayPress TV "TASS" a istinadən xəbər verir ki, Sərəncama əsasən, Çin şirkəti Soihl Cyprus Investment-dən pay alacaq və nəticədə Sinopec Siburun nizamnamə kapitalının 8,5%-ni əldə edəcək.
Xüsusi icazə prezidentin 2022-ci il fərmanı çərçivəsində verilib. Oktyabrın 6-da PJSC Sibur Holding 2021-ci ilin sentyabrında sövdələşmənin ikinci hissəsi üçün TAIF səhmdarlarına verdiyi 210 milyon dollarlıq istiqrazları geri alıb. Səhmdarlar ümumilikdə 3 milyard dollarlıq 11 qiymətli kağızdan gəlir əldə edib.
Qeyd edək ki, bir müddət əvvəl Vladimir Putinlə Donald Trampın söhbətindən sonra Rusiya fond bazarı yüksəlib.
Jalə Rövşən
tag: Vladimir Putin ,Çin,Sərəncam, Donald Tramp,Todaypress.tv,
