Putin BƏƏ prezidenti ilə görüşəcək
Dünya
06.08.2025 13:20
Rusiya Prezidenti Vladimir Putin avqustun 7-də Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada bildirilir ki, Əl Nəhyan rəsmi səfərlə Rusiyada olacaq və tərəflər arasında danışıqlar aparılacaq.
Görüşün gündəliyinə Rusiya və BƏƏ arasında çoxşaxəli əməkdaşlığın mövcud vəziyyəti, iqtisadi və enerji sahəsində əməkdaşlığın inkişaf perspektivləri, beynəlxalq gündəmin aktual məsələləri, o cümlədən Yaxın Şərqdəki vəziyyətin müzakirəsi daxildir.
Bu görüş, Rusiya ilə BƏƏ arasında son illərdə sürətlə inkişaf edən münasibətlərin davamı kimi qiymətləndirilir. Tərəflər həm iqtisadi, həm də diplomatik sahədə əməkdaşlığı genişləndirmək niyyətindədirlər.
Türkan İsgəndərli
tag: Rusiya,BƏƏ,Putin,Əl Nəhyan,Todaypress.tv,