ABŞ və Avropa Komissiyası neft alışını müzakirə edəcək
Dünya
06.09.2025 03:15
Yaxın gələcəkdə ABŞ prezidenti Donald Trampın nümayəndələri ilə Avropa Komissiyasının (AK) prezidenti Ursula Fon der Lyayen arasında gözlənilən fikir mübadiləsi zamanı neft alışı müzakirə olunacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat katibi Paula Pinyo məlumat verib.
"Neft uzun müddətdir ki, Aİ-nin sanksiya paketlərinə daxil edilib və bu da öz təsirini göstərir. Rusiya neftinin Aİ-yə ixracı əhəmiyyətli dərəcədə azalıb. Bütün bunlar Rusiyanın hərbi iqtisadiyyatını zəiflətmək üçün alətlər dəstinin bir hissəsidir", - deyə mətbuat katibi Brüsseldə brifinq zamanı bildirib.
"Bu, sanksiyalarla bağlı daha geniş müzakirənin bir hissəsidir. Amma bütün bunlar Aİ-nin strategiyasına çox əvvəllər daxil edilib", - deyə o əlavə edib.
tag: ABŞ,Avropa,Neft,Müzakirə,Todaypress.tv,