Polşa 100-ə yaxın ukraynalını deportasiya etdi
2025-ci ilin əvvəlindən bəri Polşa hökuməti 100-ə yaxın Ukrayna vətəndaşını ölkədən deportasiya edib.
TodayPress TV xəbər verir ki, bu barədə Polşanın Sərhəd Mühafizə Xidmətinin nümayəndəsi Şimon Mostitski məlumat verib.
Onun sözlərinə görə, Ukrayna vətəndaşlarının ölkədən çıxarılması onların Polşa qanunlarını kobud şəkildə pozması ilə əlaqələndirilir.
“Bu il təxminən 100 ukraynalı vətəndaşın məcburi şəkildə ölkədən çıxarılması barədə qərar verilib. Əsas səbəblər isə sərxoş halda avtomobil idarə etmək, oğurluq və avtoxuliqanlıq halları olub”, - deyə Mostitski bildirib.
Aysel Mətləb