Pezeşkian: "ABŞ və İsrailin hücumları nüvə rejiminə zərbə vurdu"

Dünya

27.06.2025 15:30

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi hava zərbələri beynəlxalq nüvə silahlarının yayılmaması rejiminə böyük zərər vurub.

TodayPress TV xəbər verir ki, o, bu fikirləri Avrasiya İqtisadi İttifaqının Ali Şurasının geniş tərkibdə keçirilən iclasına videomüraciəti zamanı səsləndirib.

“2025-ci il iyunun 13-də İsrail İran İslam Respublikasına qarşı qanunsuz silahlı hücumlar həyata keçirdi. Bu, İran və ABŞ arasında İranın dinc nüvə proqramı ilə bağlı aparılan dolayı danışıqlar zamanı baş verdi. Hədəf isə dinc nüvə obyektləri idi”, - deyə İran Prezidenti bildirib.

Pezeşkian vurğulayıb ki, bu hücumlar BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan bir ölkənin (ABŞ-ın) beynəlxalq hüquqa açıq şəkildə zidd hərəkəti olmaqla, nüvə silahlarının yayılmamasına dair mövcud qlobal rejimin nüfuzuna düzəlməz zərbə vurub.

Töhfə Səməd 

tag: İran ,Pezeşkian,İsrail,ABŞ,Todaypress.tv,