Lavrov: “Rusiya və Ermənistan qarşılıqlı inamsızlıq mərhələsini geridə qoyub”
Dünya
21.05.2025 17:38
“Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə qarşılıqlı inamsızlıq və inciklik dövrü arxada qalıb”.
TodayPress TV “RİA”ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan rəsmiləri ilə keçirdiyi danışıqlardan sonra bəyan edib.
“Bu gün Xarici İşlər Nazirliyindəki danışıqlar və prezidentlə görüş təsdiqlədi ki, biz qarşılıqlı inamsızlıq və inciklik mərhələsini geridə qoyuruq” deyə o vurğulayıb.
Lavrov həmçinin Ermənistanla baş tutmayan silah tədarükü və onun ödənişi ilə bağlı məsələlərin də artıq həll olunduğunu bildirib.
Yeni silah tədarükündən danışan nazir qeyd edib ki, hazırda Rusiya bütün Avropa ilə müharibə vəziyyətindədir və bu səbəbdən bütün öhdəlikləri vaxtında yerinə yetirmək çətindir. Buna baxmayaraq, Moskva müəyyən sayda silah sistemlərini Ermənistana ötürür.
Qiymət Mahir
tag: Sergey Lavrov,Rusiya,Ermənistan,Avropa,todaypress.tv,