Paşinyan Putinin referendum çağırışını GERİ ÇEVİRDİ: "Hələ vaxtı deyil"
Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı respublikanın gələcək yolu ilə bağlı referendumun keçirilməsi vaxtının hələ çatmadığını bildirib.
TodayPress TV xəbər verir ki, baş nazir bu ifadələri işlədib:
“Biz başa düşürük, elə bir vaxt gələcək ki, (Aİ və Aİİ arasında) çox konkret seçim etmək lazım olacaq. Bizim mövqeyimiz ondan ibarətdir ki, hazırda bu vaxt yetişməyib. Hazırda buna ehtiyacımız yoxdur, çünki faktiki olaraq alternativimiz yoxdur. O zaman, əlbəttə, referenduma müraciət etməklə və ya etməməklə seçimimizi edəcəyik. Belə variantlar da var”.
Putin Paşinyanla görüşdə qeyd edib ki, Ermənistan hakimiyyəti ölkə xalqına Avropa İttifaqına üzvlük məsələsində seçim etmək imkanı verməli və bununla da mövzunu bağlamalıdır.
Bundan əlavə, Paşinyan Putinlə görüşünün "çox yaxşı" baş tutduğunu, hətta yaxın zamanda Moskvaya səfər etməyi planlaşdırdığını bəyan edib.
Aysel Mətləb