Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı artdı

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı artdı
22.07.2025 23:20 Dünya

Pakistanda daşqın və torpaq sürüşmələrində ölənlərin sayı 242-yə çatıb.

TodayPress TV xəbər verir ki, son 24 saat ərzində daha 21 nəfər həlak olub.

Daşqın nəticəsində yaralananların sayı isə 600-ə çatıb.

Yağışlardan ən çox Pəncab əyalətinin zərər gördüyü, bölgədə ölənlər arasında 40 qadın və 104 uşağın olduğu bildirilir.

Hazırda 804 evin zərər gördüyü açıqlanıb.

Aynur TAC

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər