Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək

Dünya

01.07.2025 20:10

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə 2-4 iyul tarixlərində ölkəmizə dövlət səfəri edəcək, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşündə iştirak edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər proqramına uyğun olaraq, iyulun 2-3-də Bakıda Ali Dövlətlərarası Şuranın ikinci iclası və digər yüksək səviyyəli tədbirlər keçiriləcək.

Özbəkistan-Azərbaycan dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi, həmçinin əməkdaşlığın prioritet istiqamətlərində mübadilələrin genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Xankəndidə iyulun 4-də Özbəkistan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşündə iştirak edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

tag: Özbəkistan,Şavkat Mirziyoyev,İqtisadi Əməkdaşlıq, Özbəkistan,todaypress.tv,