Orpo və Merts mətbuata birgə bəyanatla çıxış edəcək

Dünya

27.05.2025 10:34

4

Finlandiyanın Baş naziri Petteri Orpo və Almaniyanın yeni təyin olunmuş kansleri Fridrix Merts bu gün Turku şəhərində görüş keçirəcəklər.

TodayPress TV xəbər verir ki, saat 10:30-da (Bakı vaxtı ilə - red.) təşkil olunacaq mətbuat konfransı canlı yayımlanacaq.

Görüş zamanı tərəflər Finlandiya və Almaniya arasında ikitərəfli münasibətlər, Avropa İttifaqı çərçivəsində gündəmdə olan məsələlər və beynəlxalq siyasətdəki aktual mövzuları müzakirə edəcəklər.

Fridrix Merts gün ərzində Finlandiya prezidenti Aleksandr Stubb ilə də görüş keçirəcək. Bu görüş prezidentin Naantalidəki yay iqamətgahı – Kultaranta rezidensiyasında baş tutacaq. Tərəflərin əsas müzakirə mövzuları Avropanın təhlükəsizlik mühiti və Ukraynada sülhün bərqərar olunması olacaq.

Töhfə Səməd

tag: Finlandiya,Petteri Orpo ,Almaniya,Fridrix Merts,todaypress.tv,