İranın Qətərdəki ABŞ bazasına endirdiyi zərbənin nəticələri açıqlandı

Dünya

24.06.2025 10:36

İranın Qətərdə yerləşən ABŞ hərbi bazasına endirdiyi raket zərbəsi Fars körfəzi regionunda geosiyasi balansı dəyişdirə biləcək ciddi dönüş nöqtəsidir.

TodayPress TV xəbər verir ki, bu barədə "Asia Times" nəşri yazıb.

Qəzetin fikrincə, bu hücumla İran ilk dəfə olaraq Fars Körfəzi Əməkdaşlıq Şurasının üzvü olan bir ölkədə yerləşən Amerika infrastrukturuna bilavasitə zərbə endirib.

Məqalədə qeyd olunur ki, bu hadisə ABŞ-nin regionda yerləşdirdiyi hərbi qüvvələrin artıq ev sahibi ölkələri tam qoruyacağına dair anlayışı şübhə altına alır. Hücum “açıq və hesablanmış xəbərdarlıq” kimi qiymətləndirilir — ABŞ hərbi mövcudluğunun körfəz ölkələrinə təminat vermədiyini göstərmək məqsədi daşıyır.

“Vaşinqton üçün bu hücum strateji məna daşıyır. ABŞ öz hərbi mövcudluğunu müttəfiqlər üçün "qalxan" və İranı cilovlama vasitəsi kimi əsaslandırırdı. Lakin Tehran göstərdi ki, risklərə baxmayaraq, birbaşa hücuma keçməyə hazırdır”, – deyə məqalədə vurğulanır.

Nəşrin müəllifləri qeyd edirlər ki, artıq Körfəz ölkələrinin “toxunulmazlıq immuniteti” sual altına düşüb.

Qiymət Mahir

tag: İran,Qətər,Körfəz,ABŞ,Todaypress.tv,