Orban: “İsrail-İran müharibəsinin Avropa üçün ciddi nəticələri olacaq”

Dünya

22.06.2025 18:45

İsrail və ABŞ-nin İranın hərbi və nüvə obyektlərinə zərbələri, eləcə də İslam Respublikasının cavab tədbirləri fonunda Macarıstanın Baş naziri Viktor Orban Avropanı mümkün nəticələr barədə xəbərdar edib.

TodayPress TV xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, İran və İsrail arasında ABŞ-nin iştirakı ilə baş verən müharibə Avropanı qaçqın axını və artan terror təhlükəsi ilə üz-üzə qoya bilər.

“İsrail-İran müharibəsinin nəticələri Avropaya da çatacaq: biz nümayişlərə və artan terror təhlükəsinə hazır olmalıyıq. Biz daha üstün mövqedəyik, çünki Macarıstanın miqrant ölkəsinə çevrilməsinə imkan vermədik”, - deyə Orban bildirib.

Baş nazir, Yaxın Şərqdəki vəziyyətlə bağlı 22 iyun tarixində Macarıstan Müdafiə Şurasının iclasını çağırdığını açıqlayıb. O, hökumətin ölkədə sülh və təhlükəsizliyi təmin etmək üçün zəruri tədbirlər görəcəyini də vəd edib.

Töhfə Səməd

tag: İsrail ,ABŞ,İran,Macarıstan,Orban,todaypress.tv,