NYT: Rutte NATO sammitinin pozulacağından qorxur
NATO-nun Baş katibi Mark Rutte iyun ayında keçiriləcək illik sammitin ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasındakı fikir ayrılığı səbəbilə pozula biləcəyindən narahatdır.
TodayPress TV xəbər verir ki, bu barədə “The New York Times” Avropa rəsmilərinə istinadla yazıb.
Məlumata görə, Rutte sammitin qısa və konkret olmasını istəyir ki, Ukrayna məsələsində üzə çıxacaq açıq qarşıdurmaların qarşısını alsın. Lakin Trampın Avropa müttəfiqləri ilə Ukraynanın gələcəyi məsələsində razılaşmaması bu planları çətinləşdirə bilər.
Qəzet yazıb ki, Kiyev açıq şəkildə NATO-ya üzv olmaq istədiyini bildirsə də, Tramp buna qarşı çıxır. Bu səbəbdən Ukraynanın sammitdəki rolu hələ də qeyri-müəyyəndir.
Qiymət Mahir
tag: NATO,Mark Rutte,ABŞ ,Donald Tramp,Ukrayna,Volodimir Zelenski,todaypress.tv,