NYT: Hindistan Rusiya neftini almağa davam edir
Dünya
02.08.2025 17:30
ABŞ prezidenti Donald Tramp Hindistanın Rusiya ilə ticarətinə görə əlavə sanksiyalarla üzləşə biləcəyini bəyan edib, lakin sonradan bu məsələ ilə maraqlanmadığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “The New York Times” yazıb.
Nəşrə görə, ötən ay Tramp "Truth Social" platformasında Hindistanı Rusiya silahı və nefti aldığı üçün sanksiya ilə təhdid edib. Lakin daha sonra jurnalistlərə açıqlamasında bildirib ki, Hindistanın Rusiya ilə nə etdiyi onun üçün önəmli deyil.
Tramp iyulun 14-də bəyan etmişdi ki, əgər Rusiya Ukrayna ilə böyük sülh razılaşması imzalamasa, rus nefti alan ölkələrə qarşı 100 faiz gömrük rüsumları tətbiq ediləcək.
Qəzet yazır ki, Tramp cümə günü Hindistanın artıq Rusiya nefti almadığını “eşitdiyini” desə də, iki yüksək rütbəli hindistanlı rəsmi NYT-yə bildirib ki, ölkənin siyasətində heç bir dəyişiklik yoxdur. Onlardan biri qeyd edib ki, hökumət dövlət neft şirkətlərinə Rusiya neftinin idxalını azaltmaqla bağlı heç bir göstəriş verməyib.
Qiymət Mahir
tag: Hindistan,Rusiya,Neft,Alış,Todaypress.tv,