NYT: ABŞ Ukraynaya gizli silah ötürülməsini planlaşdırır

Dünya

13.07.2025 22:45

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya silahların gizli şəkildə ötürülməsi üçün Avropa ölkələrindən istifadə etməyi nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadla yazır. 

İddiaya görə, plan NATO ölkələrinin formal alıcı kimi çıxış etməsi və silahların bu yolla Ukrayna Silahlı Qüvvələrinə çatdırılmasıdır.

Bu məqsədlə xüsusi maliyyə mexanizminin yaradılması nəzərdə tutulur. Nəzarəti NATO-nun Avropadakı birləşmiş qüvvələrinin komandanı, general Aleks Qrinkeviç həyata keçirəcək.

Silahlar Ukraynaya ötürüləcək, ödəniş və sənədləşmə isə Avropa İttifaqı üzərindən aparılacaq.

Qeyd edək ki, 11 iyulda Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən silah tədarükünün bərpa olunduğunu açıqlayıb. 12 iyulda “Politico” yazmışdı ki, Tramp administrasiyası Ukraynaya əlavə 300 milyon dollarlıq yardım ayırmağı nəzərdən keçirir.

Qiymət Mahir

tag: ABŞ,UKrayna,Silah təchizatı,The New York Times,NATO,Zelenski,TodayPress TV,