ABŞ sahillərində təhlükəli bakteriya yayılır
Dünya
23.08.2025 11:30
ABŞ-nin sahilyanı ştatlarında “ət yeyən” adlandırılan Vibrio vulnificus bakteriyasına yoluxma faktları çoxalıb.
TodayPress TV xəbər verir ki, “Tribuna”nın məlumatına görə, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi infeksiyanın artıq Florida və Luiziana da daxil olmaqla 11 ştatda aşkarlanmasını təsdiqləyib.
Onlarla yoluxma hadisəsi qeydə alınıb, bəziləri isə ölümlə nəticələnib.
Mütəxəssislərin bildirdiyinə görə, hər beş yoluxmadan biri cəmi iki gün ərzində ölümə gətirib çıxarır.
Bakteriya isti və duzlu sularda yaşayır. İnsan orqanizminə kifayət qədər bişirilməmiş dəniz məhsullarından və ya hətta kiçik açıq yaralar vasitəsilə daxil ola bilər. Əlamətləri ishal, qusma və dəridə qabarcıqların əmələ gəlməsi ilə özünü göstərir.
Qiymət Mahir
tag: ABŞ,Ət yeyən,Vibrio vulnificus,Bakteriya,Todaypress.tv,