Numan Kurtulmuş Türkiyə vətəndaşlarını təbrik etdi
Dünya
30.08.2025 13:10
Türkiyə Böyük Millət Məclisi Sədri Numan Kurtulmuş 30 Avqust Zəfər Bayramı münasibətilə təbrik mesajı yayıb.
TodayPress TV xəbər verir ki, Kurtulmuş mesajında bunları qeyd edib:
“Əziz xalqımızın 30 Avqust Zəfər Bayramı mübarək olsun.
Vətənimizin hər tərəfi işğal altındaykən Anadolu hər bir guşəsindən yüksələn iradə; Böyük Hücumda ümumi bir varoluş mübarizəsinə çevrilmişdir.
İşğal və parçalanma planları ilə mühasirəyə alınmış yurdumuz, əcdadlarımızın müqavimət iradəsi ilə yenidən ayağa qalxmış; imkanların məhdud olduğu şəraitdə göstərilən qətiyyət sayəsində azadlıq mümkün olmuşdur.
Milli Mübarizə Zəfərimizi dəyərli edən isə müstəqilliyə olan inancın hərbi dahi ilə birləşməsi, Anadolunun bu inanc ətrafında birləşərək layiq olduğu azadlığa qovuşmasıdır.
30 Avqust, hər cür çətinliklər içində olan bir millətin; parlamenti ilə ordusunun, ağılı ilə ürəyinin, qadını ilə kişisi ilə bütün övladlarının birləşəndə aşmayacağı heç bir maneə olmadığını göstərmişdir. Bu yol bu gün də bizə istiqamət verir.
Bizə düşən vəzifə; demokratiyamızı və qardaşlığımızı gücləndirərək gələcək nəsillərə daha güclü, təsirli və firavan bir Türkiyə miras qoymaqdır. Birlik və həmrəyliyimizi qoruduqca sabahlarımız işıqlı qalacaq.
Bu mübarək gün münasibətilə Böyük Hücumun Başkomandanı Qazi Mustafa Kamal Atatürkü, bütün şəhidlərimizi və qazilərimizi hörmətlə anıram”.
Töhfə Səməd
tag: Numan Kurtulmuş,TBMM,Təbrik,Xalq,Todaypress.tv,