Norveç Ukraynaya dəstək proqramına qoşuldu
Dünya
05.08.2025 18:10
Norveç ABŞ və NATO-nun başladığı PURL (Ukraynanın Prioritet Tələbləri Siyahısı) adlı yeni müdafiə proqramında iştirak etdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, proqram Ukraynaya hava hücumundan müdafiə sistemləri və digər hərbi texnikaların sürətli çatdırılmasını nəzərdə tutur.
İsveç, Danimarka və Norveç bu təşəbbüs çərçivəsində ABŞ-dan 500 milyon dollar dəyərində müdafiə avadanlığı alacaq. Norveç bu məqsədlə 1,5 milyard kron (təxminən 135 milyon dollar) ayıracaq.
Norveçin Baş naziri Conas Gahr Store bu təşəbbüsün NATO və ABŞ əməkdaşlığı üçün vacib olduğunu, Ukraynanın özünü müdafiəsinə kömək edəcəyini bildirib.
Təşəbbüs çərçivəsində “Patriot” sistemləri üçün döyüş sursatı və digər vacib silahlar nəzərdə tutulub. Norveç eyni zamanda “Nansen paketi” ilə Ukrayna və region ölkələrinə yardımını davam etdirir. 2025-ci il üçün bu yardımın ümumi həcmi 85 milyard krona (7,7 milyard dollar) çatacaq.
Türkan İsgəndərli
tag: Norveç,ABŞ,NATO,PURL,Todaypress.tv,