Norveç iqtisadiyyatı 2025-ci ildə 2 faiz artacaq
Dünya
16.10.2025 02:00
Norveç Maliyyə Nazirliyi 2026-cı il üçün milli büdcə təqdimatından əvvəl əsas iqtisadi göstəriciləri açıqlayıb.
TodayPress TV xəbər verir ki, proqnozlara görə, ölkə iqtisadiyyatı 2025-ci ildə 2 faiz, 2026-cı ildə isə 2,1 faiz artacaq.
İşsizlik səviyyəsi hər iki ildə 2,1 faiz səviyyəsində sabit qalacaq.
Nazirliyin məlumatına əsasən, inflyasiya göstəriciləri də tədricən azalacaq — bu il 2,8 faiz olan ümumi inflyasiya 2026-cı ildə 2,2 faizə düşəcək. Əsas inflyasiya isə 2,9 faizdən 2,5 faizə enəcək.
2026-cı ildə dövlət xərcləri 579 milyard Norveç kronu (təxminən 57 milyard dollar) təşkil edəcək ki, bu da ÜDM-in 13,1 faizinə bərabərdir. Büdcəyə Ukraynaya göstəriləcək 85 milyard kron həcmində dəstək də daxildir.
Qiymət Mahir
tag: Norveç ,Norveç kronu,İnflyasiya ,ÜDM,Todaypress.tv,
