Budapeşt Kiyevdən cavab tələb edir
Dünya
16.07.2025 17:05
Macarıstan Ukrayna Müdafiə Nazirliyinin üç əməkdaşının Avropa İttifaqı tərəfindən sanksiya siyahısına salınmasını tələb edir. Səbəb Zakarpatyedə məcburi səfərbərlik zamanı bir macar əsilli şəxsin həlak olmasıdır.
TodayPress TV xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyyarto “YouTube” kanalında açıqlama verib.
O, Ukrayna ordusu və Müdafiə Nazirliyində məsul şəxslərin “zorakı səfərbərlik” təşkil etdiklərinə görə məsuliyyətə cəlb edilməli olduğunu vurğulayıb.
Siyyarto Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının hesabatına istinad edərək Ukraynada “insan ovuna” bənzər səfərbərlik aparıldığını bildirib. Onun sözlərinə görə, bu cür metodlar qanunsuzdur və nəticədə günahsız insanlar əziyyət çəkir.
Qiymət Mahir
tag: Macarıstan,Ukrayna, Avropa İttifaqı ,Zakarpatye,Todaypress.tv,