Nobel Sülh Mükafatının sahibi sərt tənqid edildi

Dünya

11.10.2025 16:30

İspaniyanın Podemos və Birləşmiş Sol (İU) partiyaları Nobel Sülh Mükafatının Venesuela müxalifətinin lideri Maria Korina Maçadoya verilməsini sərt şəkildə tənqid edib.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, Podemos-un keçmiş lideri Pablo İqlesias mükafatı “çevrilişçilərə, hətta Tramp və Adolf Hitlere də verilə bilərdi” sözləri ilə pisləyib.

Partiya üzvləri və İU liderləri də onu dəstəkləyib.

Podemos lideri Lone Belarra qalibin BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Francesca Albanese olmalı olduğunu bildirib.

Həmçinin Javier Sanchez Serna mükafatı “Netanyahu, Tramp və Venesueladakı çevrilişçilər arasında paylanmış” adlandırıb.

İU lideri Antonio Maíllo və deputat Enrike Santiago isə mükafatın sülhün təşviqinə həsr olunmuş şəxslərə verilməli olduğunu vurğulayıblar.

Jalə Rövşən

TodayPress TV

tag: Podemos,Nobel Sülh Mükafatı, Maria Korina Maçado,Todaypress.tv,Venesuela,