Tramp bəzi sahələrdə miqrant reydlərini dayandırdı
Dünya
14.06.2025 11:45
ABŞ prezidenti Donald Trampın administrasiyası Gömrük və Miqrasiya Xidmətinə kənd təsərrüfatı, mehmanxana və restoran sektorlarında reydləri və həbsləri dayandırmaq əmri verib.
TodayPress TV xəbər verir ki, bu barədə “The New York Times” elektron məktub və Ağ Evdəki üç rəsmi mənbəyə istinadla məlumat yayıb.
Sənəddə yalnız insan alveri, çirkli pulların yuyulması və narkotik qaçaqmalçılığı ilə bağlı istintaqlara icazə verildiyi vurğulanır. Hökumət rəsmiləri qeyd ediblər ki, Trampın miqrantların kütləvi deportasiyasına yönəlik kampaniyası bəzi iqtisadi sahələrə və seçki dairələrinə zərər vurur və prezident bu ərazilərdə dəstəyini itirmək istəmir.
Ekspertlər bu addımı həm siyasi, həm də iqtisadi taktika kimi qiymətləndirirlər.
Qiymət Mahir
tag: ABŞ ,Donald Tramp,Miqrant ,Ağ Ev,Todaypress.tv,