Netanyahu İsrail-ABŞ münasibətlərini dəyərləndirdi

Dünya

22.10.2025 16:53

"Son bir ildə İsraillə ABŞ arasında münasibətlər daha da möhkəmlənib".

TodayPress TV xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

Onun sözlərinə görə, bu əməkdaşlıq həm Yaxın Şərqə, həm də dünyaya təsir edir və sülh imkanlarını artırır.

Netanyahu ABŞ Prezidenti Donald Trampın bu münasibətlərin güclənməsində xüsusi rolunu qeyd edib.

Xatırladaq ki, oktyabrın 13-də Tramp Qəzza münaqişəsinin başa çatdığını elan etsə də, HƏMAS tərksilah olmazsa, İsrailin hərbi əməliyyatlara davam edəcəyini bildirib.

Netanyahu 7 oktyabr 2023-cü ildə qeyd edib ki, İsrail HƏMAS-a qarşı döyüşləri dayandırmayacaq və təşkilatı tam məhv etmək niyyətindədir. O deyib ki, bu mübarizə İsrailin gələcəyinə təsir edəcək.

Türkan İsgəndərli

TodayPress TV

tag: İsrail,ABŞ,Netahyahu,Tramp,Todaypress.tv,