Nepalda ölənlərin sayı 900-ü keçdi
Nepalın Çin sərhədi yaxınlığındakı Rasuva bölgəsində baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 903 nəfərə yüksəlib.
TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
4.2 mindən çox şəxsdən isə hələ də xəbər yoxdur. Hazırda bölgədə axtarış-xilasetmə və meyitlərin identifikasiyası işləri davam etdirilir.
ABŞ fəlakətdən zərər çəkənlərə dəstək məqsədilə Nepalda 10 minə qədər ailəyə ərzaq yardımı da daxil olmaqla, 3,6 milyon dollardan çox humanitar yardım göstərəcəyini açıqlayıb.
Türkan İsgəndərli