NASA-da 2 mindən çox əməkdaş işdən ayrılır
Dünya
10.07.2025 15:57
ABŞ-nin kosmik agentliyi NASA-da çalışan 2 mindən çox yüksək vəzifəli əməkdaşın yaxın vaxtlarda işdən ayrılacağı bildirilir. Bu, qurumun bir sıra elmi layihələrinə ciddi təsir göstərə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “Politico” dərgisi əldə etdiyi sənədlərə istinadla məlumat yayıb.
Sənədlərə əsasən, 2 min 145 nəfərin çoxu prezident Donald Tramp administrasiyasının təşviq etdiyi erkən təqaüd, könüllü ayrılma və ya təxirə salınmış istefa proqramları çərçivəsində NASA-dakı vəzifələrindən gedəcək. İşdən ayrılacaq şəxslərin böyük əksəriyyəti NASA-nın əsas elmi tədqiqat sahələrində çalışan mütəxəssislərdir.
Məlumatda bildirilir ki, bu kütləvi ayrılıqlar Mars və Ay missiyaları da daxil olmaqla, agentliyin mühüm layihələrinin gedişinə mənfi təsir göstərə bilər.
Qiymət Mahir
tag: NASA,Mars ,Ay ,ABŞ,Todaypress.tv,