Naqilsiz qalan Çin 40 faiz zərərə düşəcək
Dünya
28.04.2026 17:05
Finlandiyada alimlər elektrik enerjisinin kabellərsiz, havadan ötürülməsi istiqamətində yeni texnologiyalar hazırlayırlar.
TodayPress TV xəbər verir ki, bu yanaşma enerjinin ötürülməsində inqilabi dəyişiklik kimi qiymətləndirilir və gələcəkdə infrastrukturu daha sadə və çevik edə bilər.
Simsiz enerji ötürülməsi qlobal kabel sahəsinə aiddir və məqsəd elektrik enerjisini fiziki kabellər olmadan məsafəyə çatdırmaqdır. Bu texnologiya hazırda əsasən eksperimental mərhələdədir və geniş tətbiq üçün əlavə araşdırmalar tələb olunur.
Ekspertlərin fikrincə, Avropada bu istiqamətdə inkişaf davam edərsə, ənənəvi kabel və əlaqəli avadanlıq bazarında ciddi dəyişikliklər baş verə bilər. Bu isə xüsusilə kabel, elektron komponentlər və konnektorların ixracında böyük paya malik olan Çin üçün iqtisadi təsirlərə səbəb ola bilər.
Bununla belə, mütəxəssislər bildirirlər ki, simsiz enerji ötürülməsinin geniş yayılması üçün texniki məhdudiyyətlər, təhlükəsizlik və səmərəlilik kimi məsələlər hələ tam həllini tapmayıb.
Türkan İsgəndərli
tag: Finlandiya,Kabel,Elektrik,Avropa,Todaypress.tv,
