Myanmada zəlzələdən sonra iqtisadiyyatın bərpasına dair forum keçiriləcək

Dünya

16.05.2025 10:49

Myanma mayın 30-u və 31-də Nay Pyi Tavda zəlzələdən sonra iqtisadiyyatın bərpasına dair forum keçirəcək.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin İnformasiya Nazirliyi məlumat yayıb.

Mayın 15-də birlik informasiya naziri Maunq Ohn və ticarət naziri Tun Ohnun iştirakı ilə qarşıdan gələn forum üçün koordinasiya iclası keçirilib.

İclasda çıxış edən informasiya naziri bildirib ki, forum Myanmanın zəlzələdən sonra iqtisadi bərpasına dəstək olmaq məqsədi daşıyır. O, forumun ölkə üçün müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.

Nazir əlavə edib ki, forumun məqsədi praktiki müzakirələr aparmaq və ictimaiyyətlə işgüzar dairələr arasında daha geniş əməkdaşlığa kömək etmək üçün sahibkarları və maraqlı vətəndaşları bir araya gətirməkdir.

O, həmçinin Myanmanın geosiyasi mövqeyindən və geo-iqtisadi potensialından istifadə etməklə yerli məhsullar üçün bazarları genişləndirmək və işgüzar əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.

Məlumata görə, forum üç əsas mövzu üzərində müzakirə olunacaq: zəlzələnin iqtisadi təsiri, iqtisadiyyatın bərpasında çağırışlar, imkanlar və bərpa səyləri üçün kollektiv həll yollarının hazırlanması.

Forumda iştirak bütün maraqlı şəxslər üçün açıqdır.

Xatırladaq ki, martın 28-də Myanmanın mərkəzində 7,9 bal gücündə güclü zəlzələ baş verib. Rəsmi məlumatlara görə, təbii fəlakət təxminən 3800 nəfərin həyatına son qoyub, 5100-dən çox insan yaralanıb və 85 nəfərdən isə xəbər yoxdur.

Töhfə Səməd

tag: Myanma,Zəlzələ,Ölüm ,Yaralı,todaypress.tv,