MSF: Qəzzada tibb sistemi çökmək üzrədir

Dünya

16.06.2025 15:40

Brüsseldə keçirilən mətbuat konfransında “Sərhədsiz Həkimlər”in baş katibi Kristofer Lokyer bildirib ki, Qəzzada yalnız bir neçə xəstəxana fəaliyyət göstərir, lakin onlar elektrik, təmiz su və dərman çatışmazlığından əziyyət çəkir.

TodayPress TV xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Lokyer 13 minə yaxın fələstinlinin, o cümlədən 4500-dən çox uşağın təcili tibbi təxliyəyə ehtiyacı olduğunu deyib.

O, Aİ ölkələrini az sayda xəstə qəbul etdiklərinə görə tənqid edib və bu rəqəmin artırılmasını istəyib.

Loyker ABŞ-İsrailin yaratdığı “Qəzza Humanitar Yardım Vəqfi”ni “etnik təmizləmə aləti” adlandırıb. Onun sözlərinə görə, yardım Qəzzada silah kimi istifadə olunur və bu, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

Qiymət Mahir

tag: Qəzza,MSF,ABŞ,İsrail,Fələstin,Todaypress.tv,