Ukrayna Polşadan kreditlə silah almaq istəyir
Dünya
04.08.2025 15:37
"Ukrayna Polşadan "Perun" və "Krab" özüyeriyən haubitsalarını almaq üçün 120 milyon avro kredit istəyib".
TodayPress TV xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa deyib.
Sibiqa təsdiqləyib ki, Ukrayna yeni hərbi yardım paketləri ilə bağlı Polşa ilə fəal danışıqlar aparır. Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə birgə mətbuat konfransında tərəflər bir neçə yeni dəstək tranşını müzakirə ediblər.
Sibiqanın məlumatına görə, Ukrayna artıq Varşavaya 46-cı müdafiə paketinə görə minnətdarlığını bildirib. Eyni zamanda, növbəti tədarüklərlə bağlı müzakirələr hazırda davam edir. Nazir vurğulayıb ki, Ukrayna hərbçilərinin cəbhədəki ehtiyacları tərəfdaşlarla danışıqlarda əsas istiqamət olaraq qalır.
Töhfə Səməd
tag: Ukrayna ,Polşa,Perun,Krab,Todaypress.tv,